<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>67</hymn_number>
<lyrics>[V1]
 Mənə görə gəldin Yer üzünə,
 Mənim gözlərimi açdın.
 Mənə görə çarmıxdan asıldın,
 Günahlı insanı xilas etdin.

[C1]
   Mənim Allahım, mənim Tanrım
   Sənsən, İsa Məsih!

[V2]
 İnsanların çoxu inanmır Sənə,
 Səni Allah kimi tanımır.
 Yalnız Sənsən, Sənsən Xilaskar
 Sənsən əbədi həyat verən.

[V3]
 Günahlı insan çoxdur Yer üzündə
 Günahkarlar üçün gəldin Sən.
 Sən deyirsən, gələnlərin hamısını
 Qəbul edəcəksən.</lyrics>
<title>Mənə görə gəldin İL67</title>
</song>